Rusiya ən böyük rəqibini bu silahla vuracaq – ABŞ-a ŞOK

“Rusiya ilə Səudiyyə Ərəbistanı arasında S-400 zenit raket komplekslərinin satışına dair aparılan müzakirələr ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun heç xoşuna gəlməyəcək”.

Publika.az xəbər verir ki, bunu Rusiya Dumasının senatoru Aleksey Puşkov deyib.

Tvitter hesabından məsələ ilə bağlı fikirlərini bölüşən Puşkov “O, (Pompeo) Amerika istehsalı “Patriot” sistemlərinin bir dəfə fasilə ilə reaksiya verdiyini izah etdikdən sonra belə bir şey gözlənilməli idi” ifadələrini işlədib.
Rus senator Amerika hava hücumundan müdafiə sistemlərinin əksinə S-400-lərin zaman-zaman deyil, hər zaman işlədiklərini vurğulayıb.

Qeyd edək ki, Rusiya daha əvvəl NATO üzvü Türkiyəyə bu sistemlərdən satıb. Hindistanla satışa dair müzakirələr yekunlaşmaq üzrədir. Yaxın Şərqdə ABŞ-ın ən sadiq müttəfiqlərindən biri olan Səudiyyə Ərəbistanının rus silahlarından istifadə etməsi ABŞ-ı çətin vəziyyətdə qoyacaq. Beləliklə, S-400 bir müdafiə sistemindən çox Rusiya üçün strateji ssenariyə çevrilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir