Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 2016-cı ildə baş vermiş aprel döyüşlərinə görə komissiyaya çağrılacaq.
Bunu Ermənistanın hakim “Mənim addımım” parlament fraksiyasının üzvü, qurumun Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının başçısı Andranik Koçaryan deyib.
“Əvvəlcə biz sualların tam siyahısını hazırlamalıyıq. Yalnız bundan sonra Sarqsyanı komissiyaya dəvət etmək olar”, – deyə Koçaryan jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, Serj Sakrqsyan aprel döyüşlərində Ermənistan ordusunun işğal olunmuş Dağlıq Qarabağ bölgəsində məğlubiyyətinə görə günahkar bilinir. Bu səbəbdən cari ilin iyununda Ermənistan parlamenti məğlubiyyətin səbəblərini araşdırmaq üçün araşdırma komissiyası yaradıb.//Qafqazinfo