Əhəd Abıyev Daşkəsən rayonunda Ədliyyə işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək xüsusi qeyd edib

Noyabrın 22-də Daşkəsən rayonunda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
Bayram tədbirində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə işçiləri, ədliyyə qulluqçuları, ağsaqqallar və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları rayon mərkəzidə ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək  önünə gül dəstələri düzüb Ulu Öndərin əziz xatirəsini anıblar.
Bundan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu stendlərə baxıblar.
Rayonun Heydər Əliyev Mərkəzdə keçirilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxış edib. O, çıxışında deyib:
– Çıxışıma başlamazdan öncə birmənalı olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyeva Rusiya Federasiyasında rəsmi səfərdədir. Səfər çərçivəsində Mehriban xanım Əliyeva Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib,  Rusiyanın yüksək hökumət, dövlət və ali rütbəli nümayəndələrinin iştirakı ilə görüşlər keçirib. Bu da hər iki ölkə arasında olan əməkdaşlıq, dostluq əlaqələrinin və mehriban qonşuluq münasibətlərinin, o cümlədən ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsinin, eyni zamanda da, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun  ən yüksək səviyyədə olduğunu göstərir.
Daşkəsən Rayon Məhkəməsinin  sədri  hörmətli Əliyev Azad  Allahverdi oğlu – sizi və kollektivinizi 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə başda hörmətli Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri hörmətli Ramiz Rzayev olmaqla səmimi qəlbdən təbrik edirəm, sizlərə möhkəm cansağlığı və şərəfli işinizdə yeni-yeni uğurlar arzulayıram.
Bildiyiniz kimi milli dövlətçiliyimizin inkişafında müstəsna rolu olan ədliyyə işçilərinin peşə bayramının qeyd edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu bayram günü ümummilli liderimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis olunmuşdur.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xalqımızın xilaskarı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, zəngin ənənələrə malik Azərbaycanın ədliyyə orqanları sahəsində də əsaslı islahatlar aparılmağa başlandı. Bu dövrdə ulu öndərin bilavasitə sədrliyi ilə Hüquqi İslahat Komissiyası yaradıldı və qısa müddət ərzində hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Bütün hüquqi əsas qanunlar beynəlxalq hüquq normalarının tələbləri nəzərə alınmaqla ölkəmizdə yeni hüquqi qanunvericilik bazası yaradıldı.
Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunmuşdur. Ölkə başçısının insan hüquqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə tapşırıqlarının icrası üzrə görülmüş tədbirlər nəticəsində Ədliyyə Nazirliyi öz inkişafının müasir mərhələsinə qədəm qoymuş, məhkəmə-hüquq islahatları prosesi keyfiyyətcə yeni səviyyəyə qalxmış, ədliyyə və məhkəmə infrastrukturu əhəmiyyətli dərəcədə yeniləşdirilmişdir.
2017-ci ildə ədliyyə naziri hörmətli Fikrət Məmmədov  Daşkəsən rayonunda vətəndaşların qəbulu keçirmişdir. Səfər zamanı hörmətli ədliyyə naziri Daşkəsən Rayon Məhkəməsinin əsaslı təmir olunmuş inzibati binasında olaraq rayonun məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti, onların iş şəraiti ilə tanış olmuş, hakim və ədliyyə işçiləri ilə müşavirə keçirmiş, öz tapşırıq və tövsiyələrini vermişdir.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün tam əminəm ki, bundan sonra da Daşkəsən Rayon Məhkəməsinin sədri Azad müəllim və kollektivi əzmkarlıqla və məsuliyyətlə çalışacaqlar.
Bir daha da başda  Azərbaycan Respublikasının Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının Sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri hörmətli Ramiz Rzayev olmaqla, Daşkəsən Rayon Məhkəməsini və ədliyyə işçilərini  22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Daşkəsən rayon ictimaiyyəti və şəxsən öz adımdan ürəkdən təbrik edir, sizlərə şərəfli işlərinizdə nailiyyətlər arzulayıram.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin çıxışından sonra Daşkəsən Rayon Məhkəməsinin sədri Azad Əliyev çıxış edərək başda  Azərbaycan Respublikasının Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının Sədri Fikrət Məmmədov olmaqla, bütün ədliyyə işçilərini peşə bayramı günü münasibətilə təbrik edib işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıb. Respublikada aparılan uğurlu məhkəmə-hüquq islahatları və ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyi, qanunun aliliyinin təmin edilməsi ilə bağlı mütərəqqi hüquqi qanunvericilik bazasının yaradılması barədə çıxışında geniş məlumat verən A.Əliyev göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə bütün kollektivi adından minnətdarlığını bildirib.
Tədbirdə iştirak edən rayon ictimaiyyəti nümayəndələri ədliyyə orqanları əməkdaşlarını peşə bayramları günü münasibətilə təbrik ediblər.
Sonda xatirə şəkli çəkilib.

Elmar Əliyev
RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini – dini
qurumlarla işin təşkilatçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir