Saatlı rayonunda yenidənqurma işləri ənənəvi hal alıb. Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov Saatlı rayonunda aparılan işlərin intensiv şəkil almasına şəxsən nəzarət edir.
Bu gün Saatlı rayonunda sürətli canlanma özünü biruzə verir. Rayonda müasirlik, yeniləşmə mövcuddur. İqtisadi göstərici rayon əhalisinin sosial rifah halının yaxşılaşması üçün başlıca zəmin yaradıb. Və eləcə də, yenidənqurma işlərinin əsaslı şəkildə təşkili burada özünü açıq – aydın göstərir.
Saatlı dinamik inkişaf yüksək göstəricilərlə xarakterizə olunur. Burada ictimai – siyasi sabitlik hökm sürür. Rayonda sosial – iqtisadi inkişaf günün reallığı kimi qiymətləndirilir.
Azərbaycan Respublikası Prezidentinin “Regionların sosial – iqtisadi inkişafı Dövlət Proqramı ” (2004 -2008 – ci illər ) bütün bölgələrdə olduğu kimi Saatlı da uğurla həyata keçirilir. Cənab Nazim İsmayılov bilavasitə xüsusi diqqəti və qayğısı altında bu bölgədə Dövlət Proqramına böyük önəm verilir. Saatlı Proqramından irəli gələn məsələlərin həlli əhalini də düşündürür. Çünki həyata keçirilən işlər və sonrakı illər üçün nəzərdə tutulan məsələlər onların iqtisadi sahədə uğur əldə etmələrində başlıca rol oynayır.
Saatlı rayonunda yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetirilmiş, bu məqsədlə müvafiq dövlət və özəl qurumların imkanlarından maksimum istifadə edilmişdir.
Sahibkarlığın inkişafına rayonda xüsusi diqqət yetirilir. Dövlət Proqramından irəli gələn mühüm müddəalar bu ardıcıllığa təkan verir.
Ölkə başçımız cənab İlham Əliyevin bölgələrə səfəri burada da günün reallığına çevrilən mühüm amillərin daha da geniş vüsət almasına zəmin yaratmışdır. Hörmətli prezidentimiz cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar Saatlı rayonunda layiqli şəkildə həyata keçirilir. Bu da bugünkü vacib məsələlərin həlli yolunda iş adamlarına yardımçı olur.
Quruculuq işi əsil inkişafdan xəbər verir. Bunu Saatlı açıq –aydın görmək mümkündür. Bu gün Saatlıda müasir ab –hava duyulur. Rayonun daxili potensialı mühüm işlərinə rəvac verir. Ölkə başçımızın imzaladığı Dövlət Proqramından irəli gələn mühüm və vacib müddəalar bu rayon üçün də xarakterikdir və bunun rayonun əsaslı inkişafında rolu böyükdür. Rayonda sosial həyatın gündəlik qayğıları buradakı əhalinin gələcək yaşam tərzinin dinamikliyini özündə əks etdirir və məhz bu səbəbdəndir ki, rayon sakinlərinin qələbəyə inamı, sabaha ümidi böyükdür.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov rayona rəhbərliyə başladığı gündən tikinti, abadlıq və quruculuq işlərinə böyük önəm vermiş, əhalinin sosial problemlərinin həlli istiqamətində əməli addımlar atmışdır. Onun gördüyü işlər rayon əhalisi tərəfindən razılıqla qarşılanır. Rayonda aparılan quruculuq işləri günün həqiqətlərinə söykənir və əhalinin məşğulluğunun artırılması üçün böyük zəmin yaradır. Bu gün Saatlıda qurub – yaratmaq həvəsi çoxalıb. Rayonda aparılan geniş və əhatəli quruculuq işləri sakinlərin gündəlik həyat qayğılarının aradan qaldırılması istiqamətində bir başlanğıcdır.
Bu gün Saatlı rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov rayonda genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün əlindən gələni edir. İcra başçısının sakinlərə diqqət və qayğısı onların gündəlik həyat şəraitinin yaxşılaşması üçün böyük əhəmiyyət kəsb edir.
P.S. Biz bir yazar olaraq rayon rəhbərliyinin gördüyü işləri yüksək dəyərləndirir, Saatlı rayonunun daha da gözəlləşməsi üçün əlindən gələni əsirgəməyən Saatlı rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov başda olmaqla bütün Saatlı əhalisinə cansağlığı, uzun ömür arzulayır, Müstəqil Dövlətimizin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi bütün işlərində uğurlar diləyirik.
Fuad Əliyev