Son günlər 28 saylı Sabunçu III Seçki Dairəsindən deputatlığa namizəd olan Süleymanlı Aygün Yunis qızının ictimaiyyət arasında nüfuzu heçə enməkdə davam edir.
Yəni, bunu sadaladıqlarımızla tam sübuta yetirmək mümkündür. Belə ki, adı çəkilən bu xanımın keçmişi haqda məlumatlı olan hər kəs bilir ki, zamanında “ağ yel” kimi “sağa-sola əsən”, dövlət qurumlarının gördüyü işlərin hər birinə ləkə salmağa çalışan, hətta söylənilənlərə görə yüksəkçinli vəzifə sahibi olmuş sabiq məmurlardan birinə “trolluq” etmiş bu xanım namizəd, indi özünü hər kəsə “sudan duru” göstərmək istəyindədir. Məsələnin maraqlı tərəfi odur ki, əvvəllər geniş ictimaiyyətin Aygün Muradxanlı deyə tanıdığı, zaman keçdikcə isə dönüb Aygün Süleymanlı olan bu xanım namizəd, hal-hazırda rəqiblərinə qarş aqressiv mövqedə dayanıb “qara yaxmaq”dan da əl çəkmir. Deyəsən, belə bir xislətə sahib olmaq, Süleymanlı soyadını daşıyan bu xanım namizədin çoxdankı peşəsidir. Belə bir səbəb üzündəndir ki, bu gün də o, oxşar peşəsini yaşatmaqda davam edir. Onu da unutmayaq ki, Aygün Süleymanlı vaxtilə ölkənin ən nüfuzlu media qurumlarından bir neçəsində çalışmasına baxmayaraq, zamanın tələbi onu “ingilis bayrağı” kimi dəyişdirə bildi. Çünki vaxtilə müxalif cəbhədə dayanmasına baxmayaraq o, bir ayağını “iqtidar sərhəddi”nə qoymağa, lazım gəldikdə “həmin sərhəddi” aşmağa da qərar verir. Elə ki, “həmin sərhəddə” büdcə vəsaiti hesabına inşa olunan mənzilləri görür, digər təminatların varlığını eşidir, o halda haqqı da, ədaləti də onutmalı olur.
Düşündürücü hal odur ki, hal-hazırda adı çəkilən bu xanım seçicilərə bol-bol vədlər vermək, onların qarşısında həddi-hüdudu bilinməyən “gurultulu çıxışlar” etmək, bir sözlə seçicilərin imkanlarından yararlanmaq istəsə də, seçiciləri ondan imtina etmək qərarı veriblər. Çünki, 28 saylı Sabunçu III Seçki Dairəsi ərazisində yaşayan seçicilər Aygün Süleymanlının hansı əqidə sahibi olması haqda, müəyyən bilgilərə malikdirlər. Belə bir səbəblər üzündəndir ki, 17 yanvardan bugünə kimi onun seçicilərlə keçirmək istədiyi görüşlərin hər biri, demək olar ki, “fiaksoya uğrayıb”. Dairə ərazisində yaşayan seçicilər ona görə bu xanıma qarşı etiraz edirlər ki, vaxtilə jurnalist fəaliyyəti ilə məşğul olsa da, bu gün namizəd olduğu dairə ərazisində yaşayan sakinlərin problemlərini heç zaman qabartmayıb, bir kimsəyə kömək əlini uzatmayıb. Bu kimi səbəblərə görə də, seçiciləri ondan birdəfəlik üz döndərib, onunla görüşməyi “canıqəlbdən” boykot edirlər. Düzdür, bu dairənin seçiciləri də Milli Məclisdə onları lazımi qabiliyyəti olan, savadlı, elmli, sağlam əqidəli şəxsin təmsil etməsi istəyindədirlər. O halda sual oluna bilər ki, görəsən belə bir göstəriciləri əvvəllər geniş ictimaiyyətin Aygün Muradxanlı deyə tanıdığı, zaman keçdikcə isə dönüb Aygün Süleymanlı olan bu xanım namizəd özündə cəmləşdirə bilibmi? Məsələyə geniş anlamdan yanaşdıqda o da bəlli olur ki, bu gün ali qanunverici orqana iddiasını ortaya qoyan, amma belə bir ümidinin reallaşması sıfıra bərabər olan bu şəxsin, özündə qeyd olunan göstəriciləriin heç birini cəmləşdirə bilməyib.
Söylənilənlərə görə, bu xanım seçici etimadsızlığı ilə üz-üzə qaldığından, bu gün yeni metodlardan istifadə etməyə də qərar verir. Yəni bildirilir ki, o, öz yaxınları, yaxud da qohum-əqrəbası vasitəsilə müəyyən çevrədə xəbər yayır ki, hansısa ünvanda 28 saylı Sabunçu III Seçki Dairəsində qeydiyyatdan keçmiş namizədlə görüş olacaq. O halda o,həmin əraziyə gələn seçiciləri öz adı ilə bağlayır və şəkillərini çəkdirib Yotube kanalında yerləşdirir və belə bir yolla da təbliğatını aparmağa çalışır. Amma, o halın varlığını unudur ki, ataların belə bir zərb-məsəli var: “Yalan ayaq tutar, amma yeriməz”. Odur ki, zamanında “ağ bayraq” kimi “sağa-sola əsən”, sabiq yüksək çinli məmurlardan birinə “trolluq” edən, jurnalist fəaliyyəti ilə məşğul olarkən təmsil olunduğu dairədə yaşayan seçicilərin problemləri ilə maraqlanmayan, potensial rəqiblərinə qarşı “qara piar” kompaniyası aparan, bir sözlə atdığ addımlar səbəbindən keçmişi “qaranlıq olan” bu xanım namizədin Milli Məclisə gedən yolları çoxdan qapanıb. Odur ki, ona həm tövsiyyə edərdik, həm də məsləhət bilərdik ki, bəzən yarı yoldan qayıtmaq heç də gec olmur.
P.S. Bu və digər olaylarla bağlı geniş açıqlamalarla çıxış edəcəyik. Odur ki, bizi izləməyi unutmayın.
Gundemxeber.Az