Ermənistan yersiz revanşist fikirlərdən əl çəkməlidir

İllərdir ki, öz iqtisadi gücünü torpaqlarının işğaldan azad edilməsinə istiqamətləndirmiş Azərbaycan bu gün yerləşdiyi bölgənin əsas güc mərkəzinə çevrilib. Hazırda Ermənistan ilə rəsmi dövlət sərhəddini etibarlı şəkildə qoruyan, bütün mümkün təxribatlara qarşı hazır mövqedə dayanan Azərbaycan həm də işğaldan azad edilmiş torpaqların dirçəldilməsi, ermənilər tərəfindən xarabalığa çevrilmiş yurdlarımızın abadlaşdırılması istiqamətində əsaslı addımlar atır. Ermənistan isə bunun əksinə çoxsaylı problemlərin girdabından xilas ola bilmir. Belə demək mümkündürsə, sərhəddin bir tərəfindən praqmatik, realist siyasət nəticəsində dağıdılmış rayonlarımızı yenidən quran Azərbaycan, digər tərəfində isə mifologiyanı, uydurmaları dövlət siyasətinə çevirərək faciəsini daha da dərinləşdirən Ermənistan dayanır. Bir tərəfdə qələbə qazanmış, əraziyə hakim, müasir silahlarla təchiz edilmiş nizami Azərbaycan əsgəri öz torpaqlarını qürur və əzmlə qoruyursa, digər tərəfdə təxribat və terror həyata keçirən məğlub, rəzil Ermənistan əsgərinin isterik halı nəzərə çarpmaqdadır.

Qeyd edilməlidir ki, dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Silahlı Qüvvələri bu gün dövlət  sərhəddində ayıq-sayıq dayanaraq ölkəmizin ərazi bütövlüyünü qorumaqdadır. Eləcə də, işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədi bərpa edilr, sərhəd boyunca bütün lazımi infrastruktur işləri aparılır. Hər zaman sülhpərvər mövqe nümayiş etdirən Azərbaycan bu gün də regionda yeni əməkdaşlıqların inkişafında maraqlıdır. Amma ermənilər bilməlidir ki, hər hansı bir təxribatın qarşısı şanlı Azərbaycan ordusu tərəfindən qəti şəkildə alınacaq. Təəssüfləndirici haldır ki, bəzi məqamlarda ölkəmizə qarşı hansısa yersiz revanşist fikirlər irəli sürülür. Məğlub, iqtisadi çöküş yaşayan Ermənistan dərk etməlidir ki, yaranan yeni əməkdaşlıq perspektivlərindən istifadə etməklə özünün inkişafını təmin etməyə çalışmalıdır. Yeri gəlmişkən, Prezident İlham Əliyev 2021-ci il 10 may tarixində Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də bildirib ki, revanşist fikirlər Ermənistanı daha acınacaqlı vəziyyətə sala bilər. “Əgər onlar hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Əgər zərrə qədər təhlükə olarsa, dərhal yerlərindəcə məhv ediləcəklər. Onlar da bunu bilirlər. Azərbaycanın gücü də var, iradəsi də var, cəsarəti də var. Yumruq da yerindədir. Heç kim bizim qabağımızda dura bilməz”.

Təranə Səmədova,

Salyan rayonu Seyidsadıqlı kənd tam orta məktəbin direktoru.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir