Revanşizm yolverilməzdir və bu cür cəhdlərin qarşısı sərt alınacaqdır

İşğal etdiyi torpaqlarımızda bütün dünya dövlətlərinin gözü önündə beynəlxalq hü-quq prinsiplərinə, BMT və ATƏT-in qərar və qətnamələrinə məhəl qoymayaraq misli gö-rünməmiş vəhşiliklər törədən erməni barbarlığına bütün dünya əyani şəkildə şahidlik edir. Lakin bütün bunlara baxmayaraq, amansızlıqla işğal olunmuş torpaqlarını 44 günə qaytarmağı bacaran bir dövlət beynəlxalq hüquq çərçivəsində öz hüquqlarını müdafiə etməyə də qadirdir. Uzun illər işğal olunmuş ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin amansızcasına istismarı, ətraf mühitinin məqsədli şəkildə məhv edilməsi bu gün yalnız Azərbaycanın deyil, bütün dövlətlərin də diqqət mərkəzində olmalı, tədbirlər görülməsi üçün lazımi addımlar atılmalıdır.

Mənfur ermənilərin torpaqlarımızı işğalı zamanı Azərbaycan dövlətinin Suqovuşan kimi mühüm əhəmiyyətə malik ərazisinin işğal edilməsi 1976-cı ildə istismara verilmiş su anbarının da ermənilərin əlinə keçməsinə səbəb olmuşdu. Bu isə Azərbaycanın su təchizatı imkanlarının məhdudlaşdırılması və ölkəmizin ekoloji terrorla üzləşməsi ilə nəticələnmişdi. 30 ilə yaxındır ki, Ermənistanın əlində ekoloji terror silahına çevrilən Suqovuşanın işğaldan azad edilməsi ekoloji problemləri aradan qaldırmaqla yanaşı, su anbarının yenidən Azərbaycan iqtisadiyyatına xidmət etməyə, fayda verməyə başlamasına şərait yaratdı. Bu anbar uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsinə, burada gələcəkdə əkinlərin davamlı aparılmasına təminat verərək, su qıtlığının da aradan qaldırılması ilə kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə imkan yaradacaq.

Azərbaycan bu zəfəri daha əvvəllərdə də əldə edə bilərdi. Lakin müharibə üçün tələsməyən Azərbaycan lazım gələrsə, torpaqlarını hərb yolu ilə işğaldan azad edə biləcəyini dəfələrlə xatırlatmışdı. Prezident İlham Əliyevin də dediyi kimi: “Biz sadəcə olaraq qan tökmək istəmirdik. Biz gücümüzü bilirdik və bilirdik ki, biz bu məsələni güc yolu ilə həll edə bilərik. Ermənistan isə buna inanmır, sözlərimizə dırnaqarası yanaşırdı. Elə buna inanmamaq da Ermənistanın fəlakətinin səbəbi oldu”.

Suqovuşanın işğaldan qurtulması Ermənistanın hərbi imkanlarını məhdudlaşdırmaqla yanaşı erməni qüvvələrinin idarə məntəqəsi olduğundan həmin ərazinin işğaldan azad edilməsi düşməni çox çıxılmaz vəziyyətə saldı. Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlardan nəticə çıxarmadığı üçün bu gün Ermənistan saysız-hesabsız itkilər verərək 44 günlük müharibəni biabırçı bir məğlubiyyətlə başa vurdu, Azərbaycan isə dünyada misli görünməmiş hərbi taktika ilə Ermənistan ordusunu məhv etdi.

Lakin müharibədən sonra Ermənistan tərəfdə yenidən revanşist qüvvələrin baş qaldırması bir daha təsdiqləyir ki, ermənilər hələ bu müharibədən nəticə çıxarmayıblar. İqtisadi çöküş yaşayan, müharibənin fəsadlarını aradan qaldıra bilməyən bu ölkənin absurd fikirləri, süni intellektlə idarə olunan silahlardan dəm vurması həqiqətən gülünc doğurur. Belə görünür ki, düşmən “dəmir yumruğ”un gücünü unudur, xatırlatmaq isə heç də çətin deyil.

Lakin onlardan fərqli olaraq ölkə rəhbərimizin də vurğuladığı kimi biz müharibə istəmirik, əlbəttə ki, Ermənistanda revanşist fikirlər baş qaldırmağa davam etmədiyi müddətdə. Bu gün Azərbaycan bütün istiqamətlər üzrə inkişafını davam etdirən, hərbi qüdrətini daha da gücləndirən qabaqcıl ölkələrdən biridir. Bu baxımdan ermənilərin revanşist fikirləri sadəcə xəyal olaraq qalacaq. Belə mənasız xəyallar qurmaq əvəzinə düşdükləri dərin böhrandan çıxmaq haqqında düşünsələr daha yaxşı olar. Ermənistan təkcə döyüş meydanında deyil, bütün istiqamətlərdə məğlub oldu. Üzünə bütün qapıların hər tərəfli bağlanmasından sonra Azərbaycanın sülh çağırışlarına müsbət cavab verməmək Ermənistanın varlığının sual altında qalması ilə nəticələnə bilər.

Aynurə Fərəcova,

Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir