Xalqımızın əbədiyaşarlığına xidmət edən Azərbaycan dili min illərin burulğanından çıxaraq müasir dövrümüzə çatıb. Babaların əmanət qoyub getdiyi və əsrləri adlayan ana dilini biz də gələcək nəsillərə ötürməliyik. Milli-mənəvi sərvətimiz olan ana dilimizin keşiyində dayanmaq, onu yad təsirlərdən qorumaq hər birimizin müqəddəs borcudur. Ana dili yaşayırsa, Vətən də, xalq da yaşayır.
Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 1978-ci ildə Аzərbаycаnın yeni Konstitusiya lаyihəsi müzakirə edilən zaman israrla, hətta öz şəxsi nüfuzundan istifadə etməklə 73-cü maddəni “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” rеdаksiyаsındа təsbit etdirdi. Ümummilli Lidеr Hеydər Əliyеv öz şəхsi nümunəsilə idarələrdə, tədbir və yığıncaqlarda doğma Azərbaycan dilində danışmaq və yazmaq ənənəsi yaratdı, onu gücləndirmə tədbirləri də həyata keçirdi, fəaliyyət dairəsindən qovulmuş saf, təmiz Azərbaycan dilini öz haqqına qovuşdurdu. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.
Heydər Əliyev ana dilinə münasibətdə olduqca həssas olub və böyük şəxsiyyət, dövlət xadimi dilimizin azərbaycançılıq ruhunun inkişafına təsir etməsini irəli sürüb. Azərbaycançılıq məfhumunun bir ideologiya, dəst-xətt kimi yaranması, yayılması və bu gün də dövlətçiliyimizin əsasını təşkil etməsi təqdir ediləsidir. Azərbaycançılığın ən böyük tərənnümçüsü Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyev olub, bu gün də onun yolu dövlət səviyyəsində davam etdirilir. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir;
Ümummilli liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı sərəncamlar və bu istiqamətdə görülən işlər ana dilimizin inkişafına güclü təkan verdi. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Dövlət başçımız dəfələrlə vurğulamışdır ki, bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir.
Səidə Şükürova, müəllim