Türkiyədə təbii qazın qiyməti artdı

Qaz, təbii qaz

Türkiyədə kommunal xərclər, xüsusilə təbii qaz qiymətləri aşağı deyil. Qonşu, qardaş ölkədə əhali sentyabrın 1-dən qaz üçün daha çox pul ödəməli olacaq.

Bizimyol.info xəbər verir ki, Türkiyədə təbii qazın qiyməti artıb. Əhali 14,97 faiz daha çox ödəmək məcburiyyətindədir. Sənaye sektorunda da qiymət artımı olub (13,73 faiz).

Artımdan sonra əhali təbii qazın bir kubmetri üçün 1,148 lirə ödəməli olacaq. Yəni söhbət qiymətin 34 qəpiyə çatmasından gedir.

Qonşu ölkələrdən Rusiyada da əhali üçün təbii qazın qiyməti Azərbaycana nisbətən bahadır. Burada qazın kubmetri 6,83 rubldur (17 qəpik).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir