Giorgi Qaxariya Gürcüstanın yeni baş naziridir

Giorgi Qaxariya

Bu gün Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan» Partiyasının Siyasi Şurasının iclası keçirilib.

Partiyanın baş qərargahında keçirilən toplantıya partiyanın sədri Bidzina İvanişvili rəhbərlik edib. İclasda ölkənin baş naziri vəzifəsinə namizəd və hökumət dəyişiklikləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq daxili işlər naziri Giorgi Qaxaria ölkənin baş naziri təyin olunub.

Siyasi Şuranın toplantısından sonra hakim partiyanın rəhbərlik etdiyi parlament çoxluğunun iclası keçiriləcək. İclasda hökumət dəyişiklikləri ilə bağlı yekun qərar səsverməyə çıxarılacaq. Gürcüstanın keçmiş baş naziri Mamuka Baxtadze ötən gün istefa verib. O, 2018-ci ilin iyunundan hökumətə başçılıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir