Nazir Ceyhun Osmanlının anasına yeni vəzifə verdi

Keçmiş deputat Ceyhun Osmanlının anası Xuraman Osmanova Bakının 238 saylı orta məktəbinin direktoru vəzifəsinə təyin edilib.
Pressxeber.az “Yeni Sabah”a istinadla xəbər verir ki, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru olan X. Osmanova Təhsil nazirinin əmri ilə Bakının 238 saylı orta məktəbinin direktoru təyin edilib.

238 saylı məktəbin direktoru İlqar Talıbov isə müvafiq əmrlə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir