25 il səhrada köpəyi ilə tənha yaşayan adam yeraltı dünya qurdu – Video

Yerin altında muzey yaratdı

Şimali Nyu-Meksika səhralarında girişindən digər mağaralardan fərqlənməyən bir mağara var. Lakin bu girişdən içəriyə daxil olanda insan əlləri ilə yaradılmış bir möcüzəyə şahid olmaq mümkündür.

Bizimyol.info xəbər verir ki, 25 il bu mağarada bütün dünyadan uzaqda tənha, yalnız köpəyi ilə yaşamış Polemm mağaranın hər hissəsinin hazırlanmasına günlərlə vaxt sərf edib. Aşağıda seyr etdiyiniz videoçarxdakı hissənin hazırlanması üçün o 5 ay yarım vaxt, yəni 900 saat işləyib. Polemm bu həyata alışdığını və özündən sonra silinməz bir abidə qoyub getmək istədiyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir