Tibb işçiləri 36 yaşlı Amerika TV ulduzu Kim Kardaşayana xoşagəlməz diaqnoz qoyub. “Qafqazinfo”nun “Daily Mail” nəşrinə istinadən məlumatına görə, məşhurda qırmızı qurd eşənəyi xəstəliyi aşkarlanıb.
Xroniki yorğunluqdan şikayətlənən Kim tez-tez əllərinin keyidiyini və oynaqlarının şişdiyini deyib.”Səhər oyananda əllərim keyimişdi. Onlar sözümə baxmırdı. Mən diş fırçamı qaldıra bilmirdim”, – o, etiraf edib.
Qeyd edək ki, qırmızı qurd eşənəyi bir sıra xoşagəlməz simptomlarla, eləcə də oynaqlardakı ağrı, xroniki yorğunluq, əsəb problemləri ilə müşahidə olunur. Xəstəlik sağalmır, amma simptomları minimallaşdırmaq olar.