SOCAR-ın əməkdaşı iş yerində ölüb.
APA-nın məlumatına görə, SOCAR-ın Qaradağ rayonu ərazisində Neft Kəmərləri idarəsində əmtəə operatoru vəzifəsində çalışan, 1961-ci il təvəllüdlü Qayıbova Qəndab Adışirin qızı istirahət otağında ölü tapılıb.
Meyitin ilkin müayinəsi zamanı Q.Qayıbovanın ürək tutmasından öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.