Şikayətçi deyir ki, köynəklər də eyni bağlamada göndərilməyib. Fərqli bağlamalarda, fərqli günlərdə, fərqli qiymətlərə göndərilir. Hansı ki, bu əlavə xərcdir. 3 köynəyi bir bağlamada da göndərmək olardı.
Məsələ ilə bağlı, “limak.az”-la da əlaqə saxladıq.
Şirkətdən bildirdilər ki, əgər eyni şirkətdən sifariş olursa, bir bağlamada və eyni karqo qiymətinə çatdırılır, yox əgər fərqli şirkətlərin məhsullarıdırsa, burada artıq karqo xərcləri də fərqli olur və bu, birbaşa onlarla bağlı məsələ deyil.
Başqa bir karqo şirkəti “LinEX.az” isə deyir ki, onlar heç bir əlavə xərc tutmadan, fərqli şirkətlərdən sifariş olsa belə, çatdırılma xidmətini eyni karqo qiymətinə bir bağlamada həyata keçirirlər. Bu da, sifarişçilərdən əlacə xərclərin çıxılmasının qarşısını alır.
İqtisadçı ekspert Məhəmməd Talıblı isə düşünür ki, sırf bu bazarda alternativlər çox olmadığı üçün, təkliflər də vətəndaşların yox, şirkətlərin maraqları üzərində qurulur.
Onun sözlərinə görə, alternativlər çox olsa, xidmətlər də keyfiyyətli olar.
“Bilirsiniz, bazarda alternativlər olsa, belə olmaz. Rəqabətlilik olar və şirkətlər məcbur keyfiyyətli xidmət təklif edərlər. Bu sahə genişlənməlidir. Indiki halda bu, əlavə xərc tutmaqdır. Bu yolla, vətəndaşlardan artıq pul alıb, şirkətin gəlirlərin artırırlar. Bu məsələyə də nəzarət yoxdur”, – deyə iqtisadçı ekspert Məhəmməd Talıblı bildirib.
Ekspert deyir ki, amma bütün hallarda bu məsələ üzərində hüquqi nəzarət də olmalıdır.
Onun fikrincə, qaydalar da müəyyən edilməlidir.
“Bu sahəyə ciddi nəzarət olmalıdır. Qaydalar müəyyənləşməlidir. Şirkətlər insanlardan istadikləri kimi xərclər tuta bilməməlidirlər. Xidmətin dəyərindən artıq pul tutmaq olmaz”, – deyə iqtisadçı ekspert Məhəmməd Talıblı bildirib.