Sumqayıt şəhərində ümumi sahəsi 30 m² olan avtomobil təmiri sexinin içərisində elektrik sayğacı, 5 p.m elektrik kabeli və avtomobil mühərriki yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yüksək temperaturdan sexin lambirindən ibarət tavanı 30 m² sahədə əriyib və içərisində “Mercedes” markalı avtomobilin qapısı deformasiyaya uğrayıb.
Sex və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.