Sabiq millət vəkili vəfat etdi (FOTOLAR)

Milli Məclisin keçmiş deputatı və komissiya sədri, bir sıra rayonlara rəhbərlik etmiş Soltan Məmmədov vəfat edib.
Pressxeber.az  publika.az-a istinadən xəbər verir ki, 81 yaşlı S.Məmmədov ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Soltan Məmmədov 10 mart 1938-ci ildə Astara rayonunda anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetini, 1978-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib. 1971-73-cü illərdə Astara şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1973-77-ci illərdə Astara rayon partiya komitəsinin katibi, 1977-1980-ci illərdə Astara rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1988-ci illərdə Lerik rayon partiya komitəsinin birinci katibi, 1988-1991-ci illərdə Astara rayon partiya komitəsinin birinci katibi, 1992-1995-ci illərdə isə Azərbaycan Respublikası Mənzil-komunnal Təsrrüfatı nazirinin birinci müavini vəzifələrində çalışıb.

Üç çağırış Azərbaycan SSR Ali Sovetinin (1981-1985, 1985-1990-cı illər), Azərbaycan Respublikası Milli Şurasının üzvü, mənzil-komunnal daimi komisiyasının sədri olub, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-İran dotluq qrupunun rəhbəri kimi fəaliyyət göstərib.

Səmərəli fəaliyyətinə görə “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordenləri, bir sıra medallar və fəxri fərmanlarla təltif edilib.

Allah rəhmət eləsin.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir