“Meyit ferması”nın alimləri açıqlayır: Meyitlər necə hərəkət edir… – Video

meyit ferması

Sidneydəki Texnoloji Universitetin nəzdində yaradılmış Tafonomik Eksperimentlər Mərkəzində (Australian Facility for Taphonomic Experimental Research / AFTER – bura adətən meyit ferması da deyilir) aparılan araşdırmaar nəticəsində məlum olub ki, meyitlər tərpənə bilir.

Bizimyol.info xəbər verir ki, təşkilatın vəzifəsi öləndən sonra insan meyitinin vəziyyətini öyrənməkdən ibarətdir. Bu tibbi məhkəmə ekspertizasının işlərini yüngülləşdirən və bir çox cinayətlərin açılmasına yönəlmiş fəaliyyətdir. Meyit ferması meşəlikdə bir neçə hektar ərazidə salınıb. Ərazidə öldükdən sonra meyitlərinin açıq havada çürüməsinə razılıq verən könüllülərin cəsədləri yerləşdirilib.Bu ölümün baş verdiyi andan sonrakı saatlarda hansı dəyişikliklərin getməsini öyrənməyə imkan verir.

Adətən meyitin parçalanma və çürümə müddəti ətraf iqlimdən asılı olur. Avstarliyanın unikal iqlimi bu təcrübələrin aparılmasına daha yaxşı şərait yaradır.

Doktor Elison Vilsonun rəhbərlik etdiyi bir qrup tədqiatçı 17 ay ərzində meyit üzərində tədqiqat aparıb. Kameralar hər 30 dəqiqdən bir çəkiliş edib. Sonda material Forensic Science International elmi jurnalında dərc edilib.

Videogörüntülərdən məlum olub ki, meyit bu müddət ərzində tərpənib. Onun əsasən gövdəyə bitişik yerləşdirilən qolları açılaraq kənara uzanıb.Həkimlər bunu əzələ və toxumaların parçalanması ilə əlaqədar olduğunu bilirdilər, lakin hərəkətin 17 ay ərzində davam etməsi gözlənilməz olub.

Alimlər bu kəşfin məhkəmə ekspertizaları üçün faydalı olacağını düşünürlər. Çünki, əsasən meyitin yerləşmə formasına əsasən rəy verən həkimlər bundan sonra onun hərəkət etmiş ola biləcəyini də nəzərə almalı olacaqlar.

Qeyd edək ki, ABŞ-da 6 meyit ferması fəaliyyət göstərir.Ən böyük meyit ferması Texas ştatında olub, 10,5 hektar ərazini əhatə edir. “Frimen Renç” adlı fermada meyitlər qeyri adi şəkildə saxlanılır. Bəziləri çaya atılır, bəziləri sellafon paketlərə bükülüb, kol və xəzəllərin altında gizlədilir, bəzilərini çuxur qazıb çuxura atır və üstünü örtmürlər, bəziləri yandırılır və cəsəd açıq havada saxlanılır. Bütün bunlar müxtəlif şəraitdə qətlə yetirilib gizlədilən meyitlərin cinayət tarixçəsinə aydınlıq gətirmək üçün edilir. Məhkəmə entomologiyası həşəratlar əsasında ölüm anını dəqiqləşdirən elmdir. Açıq havada qalan meyitə ilk olaraq milçəklər yaxınlaşır. Milçəklərin meyit üzərinə saldığı yumurtalardan tezliklə sürfələr yaranır və bu təkrar proses meyitin çürüməsinə yardım edir. Həmçinin insanın yaşadığı müddətdə orqanizmində olan müəyyən mikrob və bakteriyalar var ki, o ölüm anında dərhal aktivləşir. Meyitin üzərindəki mikrob və xırda canlıların inkişafına hava şəraiti də təsir göstərir.

Bəzi meyitləri dəmir qutularda tam toxunulmaz şəraitdə saxlasalar da, bəzilərini qurda-quşa yem edirlər. Bu ətraf mühitin təsiri altıpnda meyitin hansı sürət və nə şəkildə çürüməsini öyrənmək üçündür. Bu fermya ildə 100 könüllü öz cəsədini bağışlayır. Rəhbərlik 300 donorun da mövcud olduğunu deyir. Yəni hələ ölmədən 300 nəfər meyitinin bu fermaya gətirilməsini istədiyini bildirib.Bəlkə də qaranlıqdan və yer altında qalmaqdan qorxan insanlardır, kim bilir.

Streotiplərin əksinə olaraq meyit araşdıran kriminalistlərin əksəriyyəti qadınlardır. Məsələn Avstraliyadakı meyit fermasının direktoru gənc və zərif xanım Şari Fobsdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir