AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik yeni təyinat alıb.
APA-nın məlumatına görə, avstriyalı ədalət təmsilçisi 19 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələsində iş başında olacaq.
O, İ qrupunda keçiriləcək oyunlarına hakim-inspektor vəzifəsini icra edəcək. Bu qrupda Türkiyə, Bolqarıstan, Monteneqro və Ermənistan komandaları mübarizə aparacaqlar.
Oyunlar noyabrın 12-dən 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.