“Mandatımı heç vaxt girov qoymaram, çünki bu mənim yox, seçicilərimin vəsiqəsidir, minlərlə seçicimin etimadıdır. Mən onların vəsiqəsini girov qoya bilmərəm”.
Anews.az xəbər verir ki, bu sözləri İTV-də yayımlanan “3D” proqramında millət vəkili Qənirə Paşayeva deyib.
O, deputat maaşı haqda da danışıb və deyib ki, maaş ona bəs edir:
“Saat, ayaqqabı, geyim hansı markadan olması mənim üçün önəmli deyil. Bahalı əyləncə yerlərinə, istirahətlərə heç vaxt getmirəm. Ona görə yetərlidir. Millət vəkillərinin maaşları bəllidir. Bu maaşların üzərindən onlara sosial mediada xoş olmayan ifadələr yazılır. Öz adımdan deyə bilərəm ki, aldığım məvacibin yarısından çoxu seçicilər, kasıb ailələrin müalicə, təhsil və digər haqları üçün ödəyirəm. Bəzən başqa qayğıları olur, dəstək istəyirlər. Əmin ola bilərsiniz ki, alınan maaşın hamısı özümüzə xərclənmir”.