Rafael Cəbrayılov mandatını itirə bilər – VİDEO

Artıq bir neçə gündür ki, millət vəkili Rafael Cəbrayılovun borc qalmaqalı gündəmi zəbt edib.

Millət vəkili Təranə Fətəliyeva və Xatirə Nəcəfova adlı vətəndaşlardan toplam olaraq 600 min dollar məbləğində borc pul aldığı və borc qarşılığında deputat vəsiqəsini girov qoyması barədə xəbərlərlə, bir-birinin ardınca yayılan video və səs yazısı ilə ifşa olunur.

Son səs yazısında isə Rəfael Cəbrayılov pulu qaytaracağı vədini verir.

Deputat vəsiqəsini girov qoyduğu deyilən millət vəkili ilə bağlı hansı addımın atılacağı bu gün əsas müzakirə olunan mövzulardan birinə çevrilib.

“Rafael Cəbrayılovla bağlı məsələni mətbuatdan oxudum. Bunun nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Ancaq onunla bağlı konkret fakt olarsa, hansısa hüquq-mühafizə orqanlarından sənədlərlə, dəlillərlə müraciət edilərsə, hətta müddəti bitmiş olan vəsiqədən istifadə halları təsdiqlənərsə İntizam Komissiyası bu məsələyə mütləq baxacaq və adekvat olaraq reaksiya veriləcək”, – bunu isə Real TV-yə MM-in İntizam Komissiyasının katibi Məlahət İbrahimqızı dedi.

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev isə Rəfael Cəbrayılovun deputat vəsiqəsini girov qoymaqla borc götürməsi məsələsinin rəhbərlik etdiyi komissiyada baxıla biləcəyini dedi.
Artıq günlərdir adı hallanan Millət vəkili Rəfael Cəbrayılovla da əlaqə saxladıq. Nəhayət ki, deputat sükutu pozdu. .

İddiacı tərəf Təranə Fətəliyeva isə hələ ki, gözləmə mövqeyində olduğunu dedi.
Qeyd edək ki, millət vəkili Rafael Cəbrayılovun daha bir şəxsə külli miqdarda borcu olduğu da bu gün üzə çıxıb. Yusif Orucov adlı şəxs Rafael Cəbrayılovun “borc qalmaqalı” barədə mediada yazılanları oxuduqdan sonra özü ilə bağlı problemi də ictimailəşdirmək qərarına gəlib və “Yeni sabah” redaksiyasına müraciət edib.

O bildirib ki, 2015-ci ildə Rafael Cəbrayılova 240 min dollar verib.

“Biz Rafael Cəbrayılovun Binəqədidə tikdiyi binanın birinci mərtəbəsindən qeyri-yaşayış sahəsi almaq istəyirdik. Bu pulu da onun üçün vermişik. Lakin bir neçə aydan sonra aldandığımızı başa düşmüşük. Bu zamanadək pulu geri ala bilməmişik”.

Yusif Orucov bağlanmış müqavilənin surətini və kassa mədaxil qəbzini də təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir