Naziri ölüm ayağında olan səfirin yanına buraxmadılar

Cavad Zərif

ABŞ hakimiyyəti İran xarici işlər nazirinin bu ölkənin BMT-dəki daimi nümayəndəsi, Nyu-York xəstəxanasında xərçəngdən müalicə olunan səfir Məcid Taxt-Rəvançiyə baş çəkməsinə icazə verməyib.

Bizimyol.info virtualaz.org xəbər verir ki, BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən Məhəmməd Cavad Zərifin hərəkəti məhdudlaşdırılıb. Çünki ABŞ ona qarşı sanksiyalar tətbiq edib. İran nazirinə ancaq qaldığı otelin və ölkəsinin BMT-dəki daimi nümayəndəliyinin hüdudları çərçivəsində hərəkət etməyə icazə verilib.Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə İran tərəfi əvvəlcədən Cavad Zərifin Nyu-York xəstəxanalarından birində müalicə alan səfirə baş çəkməsinə icazə verilməsi üçün ABŞ-a sorğu göndərib. Lakin Amerika tərəfi şərt irəli sürüb, bildirib ki, belə icazənin verilməsi üçün İranda həbsdə olan bir ABŞ vətəndaşı azad edilməlidir. İran tərəfi isə bu şərtlə razılaşmayıb.

Bu arada İran prezidenti Həsən Ruhani bəyan edib ki, Tehran BMT-nin mənzil-qərargahının başqa ölkəyə keçirilməsinə tərəfdardır və əgər belə təşəbbüs irəli sürülsə ölkəsi onu dəsəkləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir