Nyu-Yorkda pitbul cinsindən olan it Qazaxıstanın BMT yanında Daimi Nümayəndəliyinin müşavirinin dörd yaşlı qızına hücum edib.
Life.ru xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə oktyabrın 2-də Riverdeyl əyalətində baş verib. Qəfil hücum edən iti uşaqdan uzaqlaşdırmağa yaxınlıqda dayanan şəxs kömək edib.
Üzündə və boynunda yaralar olan qızı Cakobi xəstəxanasına aparıblar. Həkimlər əməliyyat keçirib, hazırda uşağın həyatı üçün heç bir təhlükə yoxdur.
Polis itin hücumu ilə əlaqədar istintaq başladıb. Qızın ailəsi it sahiblərini məhkəməyə vermək niyyətindədir.