“Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimi təsdiqlənib.
Report xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının avtomobil idmanı üzrə şurasının Almaniyanın Köln şəhərində baş tutan iclasında yekun qərar qəbul olunub. Azərbaycan Qran Prisi 5 – 7 iyunda keçiriləcək.
Bu, paytaxtda reallaşacaq 5-ci “Formula 1” yarışı olacaq. İlk Qran Pri martın 15-də Avstraliyanın Melburn şəhərində, sonuncusu isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək.
Təqvimdən Almaniya mərhələsi çıxarılıb və yerinə Vyetnamla Hollandiya daxil edilib. İlk test sürüşləri 19 – 21, ikincisi isə 26 – 28 fevralda İspaniyanın Barselona şəhərində keçiriləcək.
2020-ci il mövsümünün təqvimi:
15 mart – Avstraliya
22 mart – Bəhreyn
5 aprel – Vyetnam
19 aprel – Çin
3 may – Hollandiya
10 may – İspaniya
24 may – Monako
7 iyun – AZƏRBAYCAN
14 iyun – Kanada
28 iyun – Fransa
5 iyul – Avstriya
19 iyul – Böyük Britaniya
2 avqust – Macarıstan
30 avqust – Belçika
6 sentyabr – İtaliya
20 sentyabr – Sinqapur
27 sentyabr – Rusiya
11 oktyabr – Yaponiya
25 oktyabr – ABŞ
1 noyabr – Meksika
15 noyabr – Braziliya
29 noyabr – Abu-Dabi.
Qeyd edək ki, 2019-cu il mövsümündə Bakıdakı yarış 26 – 28 apreldə keçirilib və Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.