Səhər tezdən başlayan güclü külək nəticəsində paytaxtda 12 ağac aşıb.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.
Orxan Məmmədov bildirib ki, 20-dən çox ağacın isə budaqları sınıb:
“Hadisələr Nərimanov, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Xətai və Nizami rayonlarında baş verib”.
Şöbə rəisi əlavə edib ki, paytaxtın iki ərazisində ağac maşının üstünə düşüb:
“Hadisələr Səbail və Nizami rayonlarında qeydə alınıb. Hər ikisi normal bioloji inkişafda olan sağlam ağaclar olub”.