Bakının Nəsimi rayonunda xuliqanlıq zəminində döyülmə hadisəsi baş verib. Hadisə Mirəli Qaşqay küçəsində yerləşən mənzildə qeydə alınıb.
1981-ci il təvəllüdlü Şəfiqə Mollazadənin yaşadığı ünvana onun qaynı öz xanımı ilə qonaq gəlib. Bu zaman mənzildə onlar arasında mübahisə yaranıb.
Qayın beysbol dəyənəyi ilə əvvəlcə Ş.Mollazadəni, daha sonra 2000-ci il təvəllüdlü Lamiyə Mollazadəni döyüb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxs saxlanılaraq istintaqa cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)