Hacı Kamal Quliyev
Yazımı hardan başlayacağımı hec düşünmədim. Sizə söhbət açacağım bu insan, sözün əsl mənasında gözəl insandır. Məramı yalnız xeyirxahlıq etmək, çətində olan insanlara əl tutmaq, savab işlər görməkdir. Hacı Kamal Quliyev! İşimlə əlaqədar Kamal müəllimi illərdir tanıyıram: təmkinli, sözü- bütöv, prinsipial, verdiyi sözə əməl edən, vətənini və xalqını candan sevən vətənpərvər bir iş adamı, əsl azərbaycanlı. Onunla söhbətlərimiz, müsahibələrimiz çox olub, dəfələrlə fikir mübadiləsi etmişik. Hər dəfə deyib ki, istəyirəm qurum, yaradım. Elə gördüyü hər bir layihədən, işdən xüsusi zövq alır. Onu hər gün iş başında görmək olur. Hər bir insanla ayrı-ayrılıqda söhbət edir, dərdləşir, çətinliyi olana əl uzadır. Hacı Kamal Quliye! Səmimi və sadə təbiətli, vüqarlı bir insan.
Müqəddəs kitabda xeyirxahlıq haqqında gözəl və hikmətli sözlər yazılıb. Məhəmməd Peyğəmbərin (ə.s) bir kəlamında deyilir, dünyəvi həyat əkin kimidir, onun məhsulu o dünyada yeyilir. Ona görə də bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın və cəhənnəmdən uzaqdır. Paxıl və xəsis insan isə Allahdan, xalqdan , behişdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir. Kamal müəllimin amalı, məqsədi, məsləki, əqidəsi ancaq yaxşılıq etmək, dara düşən çətinliyə düçar olan insanların dadına çatmaqdır. Sözü, fikri, əməli daim xeyirxahlıq etməkdir. Ən gözəl insanı keyfiyyətlərdən biri xeyirxahlıqdır, doğru deyiblər, insan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, ummadan edilən yaxşılıq əməlidir təmənnasız, heç bir əvəz güdmədən, bütün ömrü boyu bu hissləri, yaxşı əməlləri özündə yaşadan insanlar əbədi yaşayacaq insanların qəlbində. Çünki dərd paylaşdıqca azalır, sevinc paylaşdıqca çoxalır. Hacı Kamal içində daimi yaxşı hissləri yaşadıb və övladlarına da elə tərbiyə verib ki, daim xalqını və ölkəsini sevsinlər, daim insana dost-yoldaş olsunlar, dürüstlük və sadəlik daim həyat amalı olsun.Tərbiyə verdiyi, böyütdüyü övladları da bu gün atalarının yolunu davam etdirir, hər birisi ali təhsili mütəxəssislərdir. Qızları hakim və müəllim, oğullarından Ramal Quliyev dövlət qulluqçusudur, DSMF işləyir, Vüsal Quliyev isə sahibkarlıqla məşğuldur “Amal 2015” MMC çalışır, 2006-cı ildən YAP üzvüdür. Hər bir övladın məqsədi vətəni Azərbaycana, xalqına sadaqətlə xidmət etməkdir.
Kamal müəllimin ailəsində 5 nəvə böyüyür: Milay, Leyla, Nuray, Amal və Emil. “İşdən yorğun gələndə nəvələrinin çöhrəsindəki təbəssümü görəndə sanki həyata yenidən gəlirəm. Sevinirəm fırəvan, müstəqil bir ölkədə yaşayırıq və uşaqlarımız buna görə çox xoşbəxtdilər” deyir.
Elə insanlar var ki, ulu Yaradanın nəzəri həmişə onun illərində olur. Çoxlarına qıymadığını belə sevdiyi insanlara qıyır, onlara gözəlliyi duymaq, xoşbəxtliyi dərk etmək, qurub- yaratmaq, insanları sevmək, sevdiyi peşəsinə dərindən yiyələnmək məharəti verir bəndəsinə. Bir ömürdə necə sevinc dünyasına qovuşdurur. Kamal müəllimin ömür kitabını vərəqlədikcə görürsən necə – necə insanlara sevinc bəxş edib, ailələrə həyan olub. Amma bunların heç birisini dilinə gətirməyib. Getdiyi Müqəddəs Həcc ziyarətlərində daim xalqımıza xoşbəxtlik arzulayıb, işğal altında olan torpaqlarımızın qaytarılması üçün dualar edib. İnşallah o arzular bir gün gerçək olar!
Qısa tanışlıq:
Kamal Quliyev 1963-cu il 20 yanvar tarixində Cəlilabad rayonunda anadan olub. 1969-cu ildə şəhər 4 nömrəli orta məktəbinə daxil olub. 1980-ci ildə Plan İqtisad Texnikumuna qəbul olub. Sonra Samara şəhərində hərbi xidmətdə olub (1981-1983 cü illərdə) 1986- cı ildə Gəncə Texnologiya institutuna iqtisadiyyat fakültəsinə qəbul olaraq, 1990-cı ildə təhsilini başa vurmuşdur. Əmək fəaliyyətinə 1986-cı ildə başlamış, müxtəlif yerlərdə işləmişdir: Cəlilabad rayonu Aqrarsənaye Birliyində kadrlar şöbəsinin müdiri, baş iqtisadçı, baş mühasib işləyib. Cəlilabadda yerləşən “Bakı” sovxozunda baş iqtisadçı, Şəhər Tütün Tədarükü Müəssisəsində baş mühasib işləyib. 1992- ci ildən sahibkarlıqla məşğul olur. 2005-ci ildən tikinti sektorunda işləməyə başlayıb. Hazırda “Amal 2015” MMC-nin təsisçisidir.
P.S. Yazını hazırlayarkən Kamal müəllimin iş yerində bir neçə nəfərlə söhbət etdim. Azər Səfərov adlı iş adamı, dostu o qədər gözəl sözlər söylədi ki, duzu, çox qürur hissi keçirdim.
İllərlə onun şirkətində çalışan Sabir Becanov öz ürək sözlərini bizimlə bölüşdü: “Kamal müəllim işçilərinə qarşı həmişə diqqətli olub, hər bir işçisi ona çox əzizdir. Sözün əsl mənasında gözəl nsandır, Kamal müəllim. Bütün yaxşı əməlləri və xeyriyyəçilik işləri ilə örnəkdir. Çox sevinirik ki, biz onunla bir yerdə işləyirik və həmişə bundan qürur duyuruq”.
İradə Qanunili,
yazıçı-juriıalist