Pressxeber.az xəbər verir ki, bu barədə “apa”ya mərhumun qardaşı oğlu Salam Məmmədəliyev məlumat verib.
V. Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, tanınmış ilahiyyatçı, şərqşünas alim, əməkdar elm xadimi Vasim Məmmədəliyev uzun sürən xəstəlikdən sonra oktyabrın 13-də, 77 yaşında vəfat edib.
Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olub. 1949-1959 – Bakı şəhər 113 saylı orta məktəbdə təhsil alıb. O, akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə “Qurani-Kərim”i ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub. 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik edib. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib.
V.Məmmədəliyev “Şərəf” və “Şöhrət” ordenləri ilə də təltif edilib.