Politoloq: “Bu qüvvələr klan və feodalist təfəkkürü ilə yaşayanlardır”

kreslo 1

“Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin oktyabrın 15-də keçirilmiş geniş müşavirədə səsləndirib.

Dövlət başçısının hakimiyyət komandasında islahatlara maneə yaradanların olması barədə fikirləri cəmiyyətdə geniş rezonans və ümidlər yaradıb.

Bu barədə azad fikirli media orqanları və ekspertlər dəfələrlə fikir bildirmişdilər. Bu sözlərin artıq prezidentin dilindən səslənməsi isə xalqla dövlət başçısı arasındakı bağın qopmamasından, insanların səsinin eşidilməsindən xəbər verdi.

İlham İsmayıl

Politoloq İlham İsmayıl Bizimyol.info saytına verdiyi açıqamada bildirib ki, prezidentin öz çıxışında 3 dəfə “dözülməz” ifadəsini işlətməsi artıq məsələnin çox ciddi şəkil almasından xəbər verir.

“Prezident konkret ad çəkmirsə, hələlik bizim də ad çəkməməyimiz məsləhətdir. Əslində bu adamların kim olması və hansı qüvvələrin sözü ilə işləməsi bizə məlumdur. İndiyədək narazılqı yaradan və dözülməz hala gətirib çıxaran insanlar yeni kadrların gəlməsindən narahatdırlar. Maliyyə, hüqqu-mühafizə, sosial məsələrlər üzrə islahatlar keçirilib, yeni kadrlar gətirilib. Prezidentin çıxışında mətbuatda və sosial məsələlərin həllindəki nöqsanlar xüsusən hədəfə alındı. Xüsusən ictimai siyasi məsələlərə kim cavabdehdirsə dövlət başçısı yəqin onu nəzərədə tutub. Bu günədək bu məmurlar islahat adıyla imitasiya həyata keçiriblər. Buna görə prezident artıq açıq şəkildə bəyan etdi ki, mane olan qüvvələrə güzəşt olunmayacaq. Bu qüvvələr klan təfəkkürü ilə, feodalist təfəkkürü ilə yaşayanlardır, onlar xalqı qorxu və gərginlik içində saxlamaqla, sərt idarəetmə yolunu götürənlərdir. Onların bir çoxunun arxasında Rusiya dayanıb. Və Rusiya özü də bilir ki, bu cür davam edə bilməz. Belə gərgin və sərt mövqe xalqı üsyana və inqilaba sövq edər.Cənubi Qafqazda vəziyyət gərginləşər, Rusiya burda mövqelərini itirə bilər. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, onlarla yolları ayıracq və mən belə düşünürəm ki, ilin sonuna qədər biz bir çox yeniliklərə şahid olacağıq. Söz yox ki, bu qüvvələr silahı birdən-birə yerə qoymayacaqlar. Onarın kifayət qədər böyük gücü var.Onların təzir və təzyiq imkanları əvvəlki qədər deyil. Prezident bunu xalqa bəyan etdi. İndi xalq da dövlətin işinə kimlərin mane olduğunu biləndən sonra onlar zəifləyəcəklər, əvvəlki kimi hərəkət edə bilməyəcəklər. Mən əminəm ki dünəndən bəri bu qüvvələr müzakirələr aparır, çıxış yolları axtarırlar.Amma artıq zaman dəyişib və bundan belə əvvəlki kimi olmayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir