Bakının Lökbatan qəsəbəsində küçədən köməksiz vəziyyətdə birgünlük oğlan uşağı tapılıb.
Oxu.Az hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş olub.
Körpə tapılandan sonra xəstəxanaya aparılıb.
Məlumatlara görə, qutu oktyabrın 17-dən 18-nə keçən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına atılıb.
Faktla bağlı araşdırma aparılır. Uşağın kim tərəfindən atıldığı məlum deyil.