İki uşaq anası özünü öldürdü – Azərbaycanda faciə

Ağsu rayonunda intihar hadisəsi baş verib.

Pressxeber.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bənəcik kəndində qeydə alınıb.

Rayonun Nəmirli kənd sakini, 1987-ci il təvəllüdlü Süleymanova Zümrüd Yadigar qızı işlədiyi mal-qara fermasında özünü kəndirlə asaraq intihar edib. Məlumata görə, iki dəfə ailə həyatı quran və 2 uşaq anası olan Zümrüd Süleymanova sonuncu həyat yoldaşından ayrıldığı üçün özünə qəsd edib. Onun valideynləri və yaxın qohumları tərəfindən tərk edildiyi bildirilir.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir