Rusiyalı teleaparıcı Vladimir Solovyov Qinnesin rekordlar kitabına düşüb. Jurnalist həftə ərzində canlı efirdə ən çox olan aparıcı kimi rekorda imza atıb.
Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, Solovyov efirdə 25 saat, 53 dəqiqə və 57 saniyə olub.
Aparıcı 5 gün ard-arda azı 5 saat eefirdə olub.
Rekord hələ 2019-cu ilin mart ayında qeydə alınıb, indi isə rəsmiləşdirilib.
Bundan qabaqkı rekord yaponiyalı aparıcı Monta Minoya məxsus olub. O efirdə 21 saat, 42 dəqiqə olub.