Britaniya deputatları “Brexit” haqqında yeni qanun layihəsini dəstəkləyiblər.
BBC xəbər verir ki, icmalar palatasının 329 üzvü qanunun lehinə, 229 üzvü isə əleyhinə səs verib.
Bununla yanaşı deputatların çoxu Britaniyanın Avropa Birliyindən oktayabrın 31-nə qədər cıxmasının əleyhinə səs veriblər.
Britaniyanın baş naziri Boris Conson bu qərardan təəssüfləndiyini bildirib və ölkəsinin qeyri-müəyyənlikdə qalacağını qeyd edib.