Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza Mətbuat prospektində qeydə alınıb.
Azərbaycan Nəşriyyatının qarşısında minik avtomobili yolu keçmək istəyən piyada, 1971-ci il təvəllüdlü Həsənov Ceyhun Cəlayir oğlunu vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.