2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddiaçı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi elektron ödəniş operatoru olan “Easy Pay” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə baxılıb.
Pressxeber.com xəbər verir ki, məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır.
Belə ki, iddia ərizəsini imzalamış Bayramova Nərminə Nəsib qızının iddiaçı Dövlət İmtahan Mərkəzi adından iddia ərizəsinə imza etmək və məhkəmədə çıxış etmək səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə) ərizəyə əlavə edilıməyib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi ödəmə kartlarının elektron satışını “Easy Pay” sistemi vasitəsilə həyata keçirirdi.(oxu.az)