“Prezidentin problemlərdən məlumatlı olduğunu görürük”

Büdcə, bank, kredit, ofis

İqtisadçı ekspert Natiq Cəfərli son vaxtlar əhalinin kredit yükünün artmasından, kiçik həcmli iqtisadi böyümənin ya büdcə xərcləri, ya da istehkak kreditləri hesabına baş verməsindən, iqtisadi islahatların vacibliyindən yazıb.

Bəs görəsən ölkəmizin deputatları müasir iqtisadi vəziyyəti necə dəyərləndirirlər? Bizimyol.info millət vəkilləri Aydın Mirzəzadə, Hadı Rəcəbli və Aydın Hüseynovun ölkədə aş verən islahatlara dair düşüncələrini təqdim edir:

Aydın Mirzəzadə Aydın Mirzəzadə

Aydın Mirzəzadə: “Son günlərdə Azərbaycanda yuxarı hakimiyyət orqanlarında kadr dəyişiklikləri Azərbaycanda gedən islahatçılıq prosesinin tərkib hissəsidir. Bu, zamanın tələbidir, bu, bütün dünyada tətbiq edilən proqressiv bir yanaşmadır və Azərbaycanda da uğurla tətbiq edilməkdədir. Aparılan kadr dəyişiklikləri şübhəsiz ki, Azərbaycanın qarşısında duran problemlərin daha çevik və daha keyfiyyətli həll edilməsinə gətirib çıxaracaqdır.

Cənab Prezident nazirləri qəbul edərkən də problemlərdən məlumatlı olduğunu və həmin məsələləri qruplaşdırdığını görürük. Digər tərəfdən isə təyin edilən insanların qarşısına konkret vəzifələr qoyulur. O vəzifələr ki, Azərbaycanın müstəqilliyini möhkəmlətməli, iqtisadiyyatımızı inkişaf etdirməli, insanların sosial vəziyyətinin daha da güclənməsinə xidmət etməli və hər bir Azərbaycan vətəndaşının maraqlarının aparılan siyasətin mərkəzində durmasına kömək etməlidir”.

Hadı Rəcəbli Hadı Rəcəbli

Hadı Rəcəbli: “Ölkəmizdə sosial müdafiə sahəsində və dövlət quruculuu istiqamətində aparılan ardıcıl və geniş miqyaslı islahatlar göz önündədir. Gələn ilin büdcəsinin 40%-nin sosial yönümlü olacağı və son vaxtlar aparılan struktur və kadr dəyişiklikləri bir daha bunu təsdiq edir. Azərbaycan dövlət başçısı bütün fəaliyyəti dövründə vətəndaşı uca tutur və onun mənafeyi naminə ardıcıl, sistemli, real işlər görür”.

Aydın Hüseynov Aydın Hüseynov

Aydın Hüseynov: “ 2019-cu ilin 9 ayı ərzində iqtisadi artım təmin edilib. Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox olub. Qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər əldə olunub, 15 faizdən çox artım baş veribdir. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Son illərdə kənd təsərrüfatına böyük investisiyaların qoyulması və bu sahəyə göstərilən dövlət dəstəyi tədbirləri sayəsində aqrar sektorda 7 faizdən çox artım əldə edilib. Digər iqtisadi göstəricilərimiz də müsbətdir. İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur.

Yeri gəlmişkən, onu qeyd etmək istərdim ki, 2019-cu ildə çox böyük sosial paketin reallaşması sayəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyətinin yaxşılaşması və bu sosial tədbirlərə dövlət büdcəsindən 1 milyard manatdan artıq vəsaitin ayrılmasına baxmayaraq, ölkəmizdə inflyasiyanın səviyyəsi sabit qaldı. Bəzi şəxslər hesab edirdilər ki, bu həcmdə böyük artımlar qiymətlərin bahalaşmasına, inflyasiyanın sürətlənməsinə səbəb olacaq. Ancaq dövlətimizin yürütdüyü uğurlu siyasət sayəsində inflyasiyanın sabit qalması təmin edildi”,- deyə A.Hüseynov vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir