Bakıda ata və oğulu bıçaqladılar

Bakıda ata-oğul naməlum səbəbdən bıçaqlanıb.

Unikal.org-un məlumatına görə, hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən “Mirakl” şadlıq evinin qarşısında qeydə alınıb.

Qəsəbə sakini Həsən Nəsibov və oğlu Sərxan Nəsibov şadlıq evinin qarşısında naməlum şəxslərlə mübahisə ediblər. Bu zaman ata-oğulun hər ikisi bıçaqlanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, onların həyatını xilas edilib. Hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir