Rusiyada minlərlə insanı aldadan fırıldaqçı dəstə ələ keçdi

Rusiyanın Altay bölgəsində fırıldaqçı dəstə zərərsizləşdirilib. Belə ki, təcavüzkarlar kredit və mikrokredit almağa kömək edərək bütün vəsaiti mənimsəyirmişlər.
Hazırki məlumata görə, onların mindən çox qurbanı var. Fırıldaqçılar Krasnoyarsk, Kemerovo və Novosibirsk bölgələrində də “fəaliyyət göstəriblər”.

Əməliyyat zamnaı fırıldaqçılıqda şübhəli bilinən 16 nəfər saxlanılıb. Aparılan axtarışlar zamanı onlardan möhür, kompüter avadanlığı, mobil telefon və onlarla SİM kart götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir