Prezidentdən yeni -SƏRƏNCAM

Prezident İlham Əliyev Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Anews.az xəbər verir ki, sərəncamla Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 45 milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

w

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir