Rusiyanın Nijni Novqorodda şəhəri, general Ştemenko küçəsində 3 taksi sürücüsü sərnişini döyərək öldürdülər.
Bizimyol.info xəbər verir ki, “Life” hadisə yerindən video ilə paylaşıb.
Taksi sürücüsü sərnişini mənzil başına çatdırsa da, sərxoş adam xidmət haqqını ödəməkdən imtina edib. Qəzəblənmiş sürücü iki həmkarını köməyə çağırıb. Sürcülər geiş haqqını ödəməyən sərnişinlə mübahisə ediblər. Sonda mübahisə davaya çevrilib və onlar sərnişini döyərək öldürüblər.
Ətrafdakı kameralar araşdırılarkən hadisənin görüntüləri ortaya çıxıb.