İranda dünən gecə 5.9 maqnitudada baş verən zəlzələ nəticəsində 5 nəfər həlak olub, 120-dən çox şəxs yaralanıb.
RİA Novosti-nin verdiyi məlumata görə, ilkin olaraq ölü sayı 4, yaralı sayı 70 nəfər göstərilirdi.
Qeyd edək ki, zəlzələnin episentri Təbrizdən (Şərqi Azərbaycan vilayəti) 156 kilometr cənub-şərqdə yerləşib. Şərqi Azərbaycandakı böhran idarəetmə mərkəzinin rəhbəri Məhəmməd Baker Honar bölgəyə 8 xilasetmə qrupunun göndərildiyini deyib.(apa)