ABŞ prezidenti Donald Tramp “Nyu-Yorkun iqtisadiyyad klubu”nda etdiyi çıxışı zamanı Ağ Evin keçmiş rəhbərliyinin iqtisadi siyasətini tənqid edib.
Bizimyol.info xəbər verir ki, Obamanın iqtisadiyyatının orta təbəqə üçün uyğun olmadığını düşünən ölkə başçısı bütün dünyanın prezidenti yox, ABŞ-ın prezidenti olduğunu vurğulayıb.
“Avropa İttifaqı – çox, çox çətindir. Onun quraşdırdığı baryerlər dəhşətlidir. Çində olduğundan daha pisdir”.
Tramp, hakimiyyətə gəldiyi müddətdən bəri 7 milyon iş yeri açdığını bəyan edib: “Biz, yeni iş yerləri açmaqla insanların həyatlarını kökündən dəyişdiririk”.