Əli Əsədovdan Maliyyə Nazirliyi ilə bağlı – QƏRAR

Nazirlər Kabinetinin “Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2016-cı il 11 avqust tarixli, 300 nömrəli qərarında dəyişiklik edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda qeyd olunub ki, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

Maliyyə naziri

Kollegiyanın üzvləri:

Maliyyə nazirinin birinci müavini

Maliyyə nazirinin müavini

Maliyyə nazirinin müavini

Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri

Maliyyə Nazirliyinin Aparatının rəhbərinin müavini

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin ­direktoru

Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

Maliyyə Nazirliyinin Aparatının Büdcə şöbəsinin müdiri

Maliyyə Nazirliyinin Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri

Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir