Bununla bağlı Sonxeber.az- a daxil olan məlumatda səbəb kimi rektorun erməni əsilli olduğu göstərilir.
Məsələ ilə əlaqədar Bakı Slavyan Universiteti ilə əlaqə yaratdıq. Universitetdən bizə verilən açıqlamada elə bir hadisənin yaşanmadığı bildirildi. Açıqlama verən şəxs bu məlumatın hardan qaynaqlandığından xəbərsiz olduqlarını bildirilib. Bu şaiyəni yayanların isə vicdansız olduğu deyilib:
“Elə bir informasiya hardan qaynaqlanır bilmirəm. Amma, deyə bilərəm ki, kaş ki, azərbaycanlı xanımlar Nurlana xanım kimi vətənpərvər olaydı. Kimlərin nə şaiyəsidir bilmirəm, amma vətənpərvər adamı təhqir etmək düzgün deyil. O xanım ( YAP) Qadınlar Şurasının sədri, bizm ziyalımızdır. O qədər boş danışanlar var ki… Gözəl insana qarşı bu cür xəbər yaymaq vicdansızlıq, alcaqlıqdan başqa bir şey deyil”.