Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu qaydalar Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2019-2023- cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanıb.
Dövlət proqramı çərçivəsində maliyyələşdirilən beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının, təhsil səviyyələrinin seçim meyarları və fəaliyyətin idarə olunması Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.
Ölkədaxili təyinatlı ödənişlər üzrə maliyyələşdirmə Azərbaycan manatı ilə, ölkəxarici təyinatlı ödənişlər üzrə maliyyələşdirmə xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə aparılır.