“2020-ci ildə də dövlət büdcəsində investisiya layihələri üzrə kifayət qədər böyük məbləğ nəzərdə tutulub”.
Pressxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deputatların təklifini cavablandıran maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, əvvəlki illərdəki kimi bu layihələrin də, o cümlədən, millət vəkilləri tərəfindən qaldırılan məsələlərin nəzərdən keçirilməsi nəticəsində müəyyən vəsaitlərin ayrılması təhlil oluna bilər: “Sosialyünömlü layihələrin həyata keçirilməsi növbəti ilin investisiya layihələrində də öz əksini tapacaq”.(apa)