Report-un xəbərinə görə, hadisə noyabrın 30-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, ev 7-də qeydə alınıb.
Belə ki, Fərhad Hüseynovun hündürmərtəbəli binanın ikinci mərtəbəsindəki (ev 7) mənzilində Şəmkir rayon sakini, 1980-cı il təvəllüdlü Arzu Babayeva övladları – 2005-ci il təvəllüdlü Bayramzadə Xəyal Rauf oğlu və 2007-ci il təvəllüdlü Bayramzadə Ramal Rauf oğlu ilə birlikdə 3-4 aydır kirayədə yaşayıb. Həmin ailənin işıq sərfiyyatına borcu olduğu üçün təxminən iki gün əvvəl işıq idarəsinin əməkdaşı tərəfindən elektrik naqili sayğacdan ayrılıb.
A.Babayevanın əri Rauf Bayramov isə Rusiya Federasiyasında ticarətlə məşğul olur və hazırda orada yaşayır.
Məlumat əsasında hadisə yerinə baxış keçirilib, yanğın və təhlükəsizlik texnikası ekspertizası təyin edilib, izahatlar alınıb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoymaq) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq aparılır.