Əli Rəhimov: “İstedadlı və qabiliyyətli şagird”

“Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib”
(Ernest Heminquey)

“Kitabları yandırmaqdan daha pisi onları oxumamaqdır”. Belə bir fikrin müəllifi olan Rey Bredberi, həqiqətən də bir çox vacib həqiqətə bu cür qısa fikri ilə aydınlıq gətirib. Ümumiyyətlə, kitabdan, əsl xəzinədən uzaq düşmək insan üçün əsl faciədir. Əgər həyatı dərk etmədən yaşanılırsa, demək həmin ömür sahibi kitabdan, təhsildən uzaq düşüb, onu boş-boşuna xərcləyib. Yaşadığımız indiki 21-ci əsrdə savadlı olmaq əsas şərtdir. Çünki, müasir dünyamız elmi-texnoloji yenilikləri ilə tam əhatələnib. Hər gün elmi inqilabi yeniliklər, inkişaf prosesi, kəşflər və s. özünü göstərir. Bütün bunların reallaşması isə, sadəcə cahil başla deyil, inkişafa adekvat olan işlək beyinlə mümkün olur. Buna görə də hər sahədə ciddi maarifləndirmə, bilgiləndirmə prosesi aparılmalıdır ki, gənclər, xüsusilə məktəblilər zamanında təhsilə həvəsli olsunlar. Elə “Uğura gedən yol” jurnalının da əsas məqsədi budur ki, elmə, biliyə olan maraq məktəblilər arasında artsın və hər bir məktəbli təhsil aldığı müddətdə məsuliyyətli və savadlı olsun. Rəhimov Əli Namiq oğlu da, özündə məsuliyyəti hiss edən, hər zaman yaxşı oxumağa çalışan məktəblilərdən biri olduğu üçün, jurnalımızın bu sayında onunla bağlı müəyyən açıqlama dərc etməyi, bu şəxsin özündə cəmləşdirdiyi xarakterik xüsusiyyətləri hər kəsin diqqətinə çatdırmağı özümüz üçün borc bildik. Əli Rəhimov 5 mart 2005-cı ildə Bakı şəhərində olur. Onların ailəsi olduqca zəhmətkeş, diqqətcil və qayğıkeş ailə olduğundan, bu şəxsin özünə olan inam hissi, xarakteri və s. onu bir çox həmyaşıdlarından fərqləndirir. Ailənin tək övladı olan Əlinin 15 il bundan əvvəl dünyaya gəlişi, sanki Rəhimovlar ailəsinə bənzəri olmayan sevinc hissi bəxş edir. Sanki ata-anası onun varlığı ilə nəfəs alırlar. Belə bir səbəblər üzündəndir ki, doğmaları Əliyə belə bir ad da qoyurlar. Həm mehriban, həm də tərbiyəli olan Əli Rəhimov, azyaşlı vaxtlarında digər şagirdlər kimi arzu edir ki, tez böyüyüb məktəbə yollansın, əlində çanta, qələm, kitab olsun, oxumaqla, öyrənməklə bilmədiklərini öyrənə bilsin. Belə bir istəklə yaşayan və məktəb yaşına çatan Əli Rəhimov, 2011-ci ilin tədris ilində Bakı şəhərindəki Ağdam 149 № orta məktəbin birinci sinfinə daxil olur. Hazırda o, həmin məktəbin 9-cu sinif şargirdidir. Əli haqqında “Uğura gedən yol” jurnalında işıq üzü görəcək yazı ilə bağlı onun fikirlərini öyrənərkən bəlli oldu ki, o, dərslərini yaxşı oxuması səbəbindən əlaçı olmaqla bərabər, həm də təhsil aldığı məktəbin tədbirlərində aktiv iştirak edən məktəbli şagirdlərdəndir. Belə bir səbəblər üzündəndir ki, məktəbin bütün müəllim və şagirdləri onu bu xüsusiyyətinə görə dəyərləndirir və ona yüksək qiymət də verirlər.
Əli boş vaxtlarında kitab oxuyur, idmanla məşğul olur, dünyagörüşünü artırır və müxtəlif sərgilərə gedir. Dərslərinə gəldikdə isə, o, yaxşı oxumağa çalışır və bütün fənləri əla qiymətlərlə oxuyur ki, hərtərəfli savada və geniş elmi biliklərə sahib ola bilsin. Əlini aktyorluğa olan marağı getgedə onun əsas arzusuna çevrilib və gələcəkdə aktyor olmaq istəyindədir. Onun bütün arzularının arxasında dayanan və daima ona dəsətək verən mehriban ailə üzvləri var. Əligilin ailə üzvləri üç nəfərdən ibarətdir. Əlinin atası Namiq Rəhimov hər zaman övladına arxa-dayaq olub və fikirlərinə hörmətlə yanaşıb. Xaraktercə sadə təbiətli bir şəxs olan Namiq Rəhimovun ən böyük istəyi, övladını cəmiyyətə layiqli bir şəxsiyyət kimi yetişməsini təmin etməkdir. Onun anası Gülzar Rəhimova isə, fədakar ana olaraq daim evladının qayğısına qalır, onun təlim-tərbiyyəsinə, yaxşı oxumasına çalışır.
Bəli, hər bir valideyn üçün övladın uğurundan, övladın xoş xəbərindən üstün müjdə ola bilməz. Hər normal ana-ata ancaq övladı üçün yaşayıb, onun arzularına uyğun kömək olmağa, yardımçı olmağa çalışır. Övlad üçün valideyn dəstəyindən ötə nə ola bilər ki? Biz də “Uğura gedən yol” jurnalının kollektivi adından Əli Rəhimova ilk öncə cansağlığı, təhsil uğurları arzu edib, gələcəkdə öz bilik və bacarığı ilə seçdiyi peşəsində uğurlulara nail olmasını diləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir