Rusiyanın Sankt-Peterburq şəhərinin küçələrini su basıb.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb yağan aramsız yağışlar olub. 20 dəqiqə ərzində şəhərə 22 millimetr yağıntı olub. Bu, leysan kanalizasiyasının emal edə biləcəyindən üç dəfə çoxdur.
Sosial şəbəkələrdə paylaşılan videolardan da göründüyü kimi, avtomobillər dərin gölməçələrdən keçir.
“Fontanka”nın yazdığına görə, daşqınlar böyük tıxacların yaranmasına səbəb olub. Yağışın bir neçə saat da davam edəcəyi deyilir.