ABŞ-ın Kentukki ştatında bir gündən artıqdır ki, viski anbarı yanır.
“Courier Journal” xəbər verir ki, “Jim Beam” markalı viskinin 2 anbarında birdən yanğın başlayıb.
Burada 45 min çəllək burbon (viskinin qarğıdalıdan hazırlanan növü) saxlanılırdı. Anbarların ildırımdan alışdığı ehtimal olunur.
7 milyon litr viski yanaraq yerli su hövzələrinə axır. Yanğınsöndürənlər işlərini müvəqqəti dayandıraraq, qərara alıblar ki, etanol yanıb qurtarsa ekologiyaya daha az ziyan vurar. Lakin viskinin çaylara axması balıqlar üçün böyük təhlükə yarada bilər.